Bakının Binəqədi rayonunda vətəndaşda narkotik aşkarlanıb. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Fərid Dadaşov saxlanılıb. Axtarış zamanı ondan 2 kiloqram 40 qram çəkidə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.