Bakının Yasamal rayonunda iki avtomobil alışıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Fiat” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobil yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı minik maşınının arxa hissəsi və işıqlandırma cihazları əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.