Bakıda 15 yaşlı oğlanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakuplus.az Report-a istinadən xəbər verir ki, hafisə Xəzər rayonunda qeydə alınıb. Ömər İsmayılov yolu keçən zaman onu motosiklet vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.