Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Pərviz Rzayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada Faiq İbrahimovu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyilərinə baxmayaraq, İbrahimov xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.