Bakı ərazisində yol qəzası baş verib.
Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində zəncirvari yol qəzası baş verib.
Hadisə səhər saatlarında Bəşir Bünyadov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Isuzu” markalı yük avtomobili idarə etmədən çıxaraq yol kənarında dayanmış “Volkswagen Jetta” markalı avtomobil və motosikletə çarpılıb.
Nəticədə yük maşını zərbənin təsirindən aşıb. Hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hazırda araşdırma aparılır.