Bakının Xətai rayonunda yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 13-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin eyvanında 3 kv.m sahədə ev əşyaları yanıb, yüksək temperaturdan plastikdən ibarət qapı və pəncərə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.