Sabunçu rayonu, Pirşağı qəsəbəsində daha 2 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 17 yaşlı Nihad Mirzəyev və 14 yaşlı Mirkamil Seyidov çimən zaman batmağa başlayıblar. Əraziyə cəlb olunan FHN-in əməkdaşları 17 yaşlı yeniyetməni xilas edə bilsələr də, 14 yaşlını Mirkamili qurtarmaq mümkün olmayıb.
Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.