Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Aprelin 20-də 15 yaşlı Eldar Şükürov yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Onun axtarışları polis əməkdaşları tərəfindən həyata keçirilir.