Sabunçu rayonunda dənizdə uşaq batıb. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Pirşağı qəsəbəsində, nəzarət altında olan sulardan 800 m aralıda baş verib. 1 nəfər uşaq dənizdə çimən zaman boğulub. Əraziyə FHN-in əməkdaşları cəlb olunaraq azyaşlının meyitini çıxarıblar.