Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Range Rover” markalı avtomobilin 22 yaşlı sürücüsü Elgün Kərimov M.Mirqasımov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək 44 yaşlı Raqif Abbasovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.