Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsindən verilən məlumata görə, iki evdən ümumilikdə 1200 manat pul, 4700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğa görə axtarışda olan Xəyal Səfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.