Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində sürücü piyadanı döyərək ondan oğurluq edib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Samir Rzazadə həmyerlisi Ə.Nəcəfovu döyərək onun mobil telefon və bilərziyini oğurlayıb.
Şübhəli şəxs saxlanılıb. Onun barəsində araşdırma aparılır.