Nizami rayonunda kişi pivəni nisyə ala bilmədiyi üçün kafedə dava törədib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Hadisə Q.Qarayev prospekti, 126 ünvanında yerləşən "Babək-44” adlı kafedə qeydə alınıb.
Avqustun 6-da Pərviz Hüseynov (soyadı şərti) adlı şəxs kafedə pivəni içdikdən sonra pulunu ödəmədən kafeni tərk edib. Həmin gün axşam saatlarında Hüseynov sərxoş halda kafeyə qayıdıb. Sifariş etdikdən sonra Ləman (ad şərti) adlı ofisiant xanım ona pivəni nisyə verməkdən imtina edib, o isə ofisianta söyüş söyərək masasının üstündəki pivə bakalını sındırıb.
Digər müştərilər Hüseynovu sakitləşdirib kafedən çıxarmaq istədiyi zaman əli ilə qapının şüşəsinə vuraraq qırıb, nətəcədə özünə xəsarət yetirib. O, növbəti gün kafeyə qayıdaraq həmin əməli yenidən törətməyə çalışıb.
Hüseynov polislər tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Huseynov inzibati xətanı törətməkdə təqsirli bilinib. Ona qarşı 10 gün müddətinə inzibati həbs tədbiri seçilib.