Azərbaycanda iki qardaş axtarışa verilib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Rövşən və Emin İsmayılovlar Cinayət Məcəlləsinin “Dələduzluq mütəşəkkil dəstə tərəfindən törədildikdə” və “Əmtəə nişanlarından qanunsuz istifadə etmə külli miqdarda ziyan vurduqda” maddələri ilə təqsirli bilinirlər.
Bakı Şəhər Baş Polis İdarəsi tapılaraq məsuliyyətə cəlb edilməli olan qardaşlarla bağlı axtarış elan edib.