Bakının Qaradağ rayonu, Puta qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, fevralın 19-na keçən gecə adıçəkilən ərazidə yerləşən bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.