Bakının Nəsimi rayonunda, Qış parkının yaxınlığında birmərtəbəli tikilidə yanğın baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
16:11 - Yenilənib
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.