Sabunçu rayonunda 1 nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Qızılqum çimərliyində baş verib. 1 nəfər qadın dənizdə qəfil boğulmağa başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları qadını xilas etməyi bacarıblar.