Bakının “İçəri Şəhər” tarixi qoruğunda yerləşən Qız qalasının ərazisində gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az məlumat verir.
Qalanın divarının xarici tərəfində yerləşən elektrik lövhəsində alışma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki briqadası cəlb olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Xəsarət alan olmayıb.
[URIS id=91371]