Bakının Suraxanı rayonunda baş vermiş yol qəzası nəticəsində sürücü avtomobilin salonunda sıxılmış vəziyyətdə qalıb. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Kia Rio” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmir arakəsməyə çarpılıb və nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in xilasetmə briqadası cəlb olunub. 22 yaşlı Laçın Cabbarov xilas olunub və təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.