Qala-Pirallahı yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 29 oktyabr tarixində Oxu.az məlumat verib.
Yağışlı havada “Kia” markalı avtomobillə hərəkət edən qadın sürücü idarəetməni itirərək “VAZ-2109” markalı avtomobillə toqquşub. Zərbənin gücündən nəqliyyat vasitəsi yolun kənarındakı yol nişanlarına, daha sonra isə yük maşınını daşıyan evakuatora çarpılıb.
Qəza nəticəsində ölən olmayıb.