Bakıda piyada qəza nəticəsində xəsarət alıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 26 yaşlı Kamran Babazadəni avtomobil vurub.
Yaralı bədənin bir çox nahiyəsinin sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır