Bakının Xəzər rayonu, Qala qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
28 yaşlı Əfsanə İmanova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.