Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda 27 iyun tarixində Report məlumat verib.
Qala qəsəbəsində iyunun 26-da saat 22:00 radələrində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.