"Bakı Telefon Rabitəsi"ndən oğurluq edilib. Bu haqda 21 yanvar tarixində Report məlumat verib.
Qala qəsəbəsində yanvarın 17-də "Bakı Telefon Rabitəsi" MMC-yə məxsus 230 metr yeraltı rabitə naqili kəsilərək oğurlanıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakinləri - Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.