Xəzər rayonunda yol qəzası zamanı polis əməkdaşı ölüb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Hadisə rayonun Qala qəsəbəsində, Qala-Mərdəkan yolunda baş verib. 40 yaşlı Eyvaz Məlikov “Mercedes” markalı avtomobillə xidmətdə olan zaman yol qəzası keçirib. Nəticədə polis əməkdaşı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.