Xəzər rayonunda quldurluq edib qaçan şəxs tutulub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Qala qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş 28 yaşlı Sahib İsmayılov Bakı şəhər sakini olan bir nəfəri döyərək 35 AZN pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən almaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.