Nizami rayonu, Bəhruz Nuriyev küçəsində aparılan qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və qayda pozuntuları aşkarlanıb. Bu səbəbdən həmin ünvanda aparılan işlər dayandırılıb və piyada səkisi bərpa edilib.
Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospekti və Bəhruz Nuriyev küçəsinin kəsişməsində piyada səkisi 50 kv.m sahədə zəbt edilərək yerində qanunsuz parklanmanın inşası aparılırdı.