Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində kişi öz həyat yoldaşını bıçaqlayıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
51 yaşlı Rövşən Əliyev adıçəkilən prospektdə yerləşən mənzillərin birində öz 48 yaşlı həyat yoldaşını bıçaqlayıb və hadisə yerindən qaçıb. Qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.