Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 1470 kv.m olan binanın dam örtüyündə alışma başlayıb və 26 kv.m sahəni əhatə edib. Mənzillərə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.