Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində narkotik istifadə edən taksi sürücüsü tutulub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən qəsəbə sakini Hünər Mustafayev “Prius” markalı avtomobillə hərəkətdə olan zaman nəzarət-yoxlama məqsədilə saxlanılıb. İlkin sorğu aparılan zaman o, narkotik istifadə etdiyini etiraf edib.
Sürücü barəsində protokol tərdib olunub və onun sənədləri məhkəməyə göndərilib.