Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, Qaraçuxur qəsəbəsində bir nəfərin “Ford” markalı avtomobilindən mobil telefonu oğurlanıb və bank kartından 826 manatı çıxarılıb.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” maddəsi ilə axtarışda olan Emin Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.