Uşağı küçədə qoyan valideynlər polis tərəfindən axtarılırlar. Bu istiqamətdə müvafiq tədbirlər görülür.
Körpənin vəziyyəti normaldır, onun həyətı üçün təhlükə yoxdur.
11:42 - Qaraçuxurda bir həftəlik körpə küçəyə atılıb
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 günlük körpə küçədə tapılıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ötən gün saat 01:00 radalərində uşağı tapan polis əməkdaşları onu körpələr evinə təhvil veriblər. Körpənin oğlan olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.