Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində hərbi sursat aşkarlanıb. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən qəsəbə ərazisində döyüşə yararlı 2 ədəd “F-1” əl qumbarası, 2 ədəd “UZRQM” partladıcısı, 4 ədəd 7,62mm-lik avtomat mərmisi, 18 ədəd 5,45mm-lik avtomat mərmisi və 2 ədəd penal avtomat təmizləyicisi aşkar edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hərbi sursat ərazidən uzaqlaşdırılıb. Daha sonra əraziyə baxış keçirilib və hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.