Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumatına görə, noyabrın 15-də iki nəfər “Toyota” markalı avtomobilin sürücüsünü kəsici alətlə hədələyərək ondan pul talayıblar.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Xəlilov və 22 yaşlı Sənan Məmmədov saxlanılıblar.
Hazırda araşdırmalar aparılır.