Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində avtomobil qaçırılıb. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
2 yeniyetmə qəsəbədə yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinir. Araşdırma zamanı onların “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri, şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.