Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Ford” markalı avtomobil “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub. “Chevrolet” isə zərbənin gücündən yolun kənarında dayanan “Hyundai” və “Toyota Prius” markalı nəqliyyat vasitələrinə çarpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.