Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Murad Zərbəliyevin idarə etdiyi motosiklet hərəkətdə olan minik avtomobilinə çarpılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.
Verilən məlumata əsasən, Zərbəliyevin vəziyyəti ağır olduğuna görə, o reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.