Bakının Qaradağ rayonunda darvaza və dəmir materialları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sentyabrın 16-dan 21-dək Ələt qəsəbəsində yerləşən zavoddan 2400 manat dəyərində darvaza və dəmir materialları oğurlanıb.
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən qəsəbə sakinləri – əvvəllər məhkum olunmuş F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar.
Faktla bağlı araşdıma aparılır.