“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol stansiyasında yanğın olub. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 3 yanvar tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol stansiyası ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.
Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.