Qaradağ rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Ələt magistral yolun Qaradağ rayonu ərazisində 2 avtomobil toqquşub. Nəticədə 32 yaşlı Nabat Paşayeva və onun övladı 13 yaşlı Yusif Paşayev xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Ananın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.