Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Avtomobil yolu keçən 60 yaşlı Fikrət Məmmədovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.