Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “VAZ” markalı avtomobildə baş verib. Nəticədə nəqliyyat vasitəsinin salon hissəsi tamamilə yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.