Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Kia” markalı minik nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının salonu və yük hissəsi yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.