Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə “Toyota Prius” markalı avtomobil yük maşınına çarpılıb. Nəticədə şəxsiyyəti məlum olmayan bir nəfər ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
[video width="464" height="848" mp4="https://bakuplus.az/storage/photos/2023/08/img_7274.mp4"][/video]