Bakının Qaradağ rayonunda beşmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 3-cü və 4-cü mərtəbəsinin pilləkən qəfəsində 3 elektrik sayğacı yanıb, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, 10 nəfər bina sakinləri təxliyə edilib. Yanğın söndürülüb, mənzillər alovdan qorunub. Hadisə zamanı xəsarət alan olmayıb.