Qaradağ rayonunda yanğın baş verib. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 kv.m sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.