Bakının Qaradağ rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə aprelin 21-də baş verib. Ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər. Ərtafdakı binalara ziyan dəyməyib.
Yanğın zamanı xəsarət alan olmayıb.