Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 37 yaşlı kişi intihar edib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Danışma və eşitmə qabiliyyəti olmayan Yavər Ağayev səhər saat 5-6 radələrində yaşadığı evin həyətində olan çardaqdan özünü asıb.
İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.