Qaradağ rayonunda yerləşən həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Azər Məmmədov 8 saylı təcridxanada məhkum olan əmisi oğlu Asif Məmmədovun yanına görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.