Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 22 kv.m olan köməkçi tikilidə qeydə alınıb. Nəticədə içəridə olan əşyalar və tikilinin dam örtüyü 16 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.